04 sentyabr 2024 15:21
234

Yaxın qohumlar könüllü donor ola bilərlər - Nazirlik

Qanunvericiliyə əsasən, yaxın qohum anlayışı var. Hansı ki, o şəxslər könüllülük və təmənnasızlıqlarını rəsmi şəkildə bildirməklə, donor ola bilərlər. Bu zaman Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən onların transplantasiya əməliyyatına icazə verilir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, yaxın qohum olmayan şəxslər arasında planlanan transplantasiya isə (hansı ki, bu kateqoriyaya uzaq qohum və qohum olmayanlar aiddir) Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasından verilən razılıq əsasında reallaşdırıla bilər:

“Etika Komissiyası ictimai əsaslarla fəaliyyət göstərən müxtəlif fəaliyyət sferasından üzvləri özündə birləşdirən müstəqil bir qurumdur. Etika komissiyasına tərəfimizdən təqdim edilən zəruri sənədlər xəstəxanalardan, resipiyent, donor və onların şahidləri tərəfindən notarial qaydada təsdiq olunmuş sənədlərdir", - deyə o bildirib.