04 sentyabr 2024 12:30
225

Bakıda qadını aldadaraq 8 min manatını alıblar

Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib.

“İki sahil” DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.