04 sentyabr 2024 10:39
219

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda artım olub

2024-cü ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 102,6 mln. manat və ya 2,8% artım qeydə alınıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondu məlumat verib.

Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. manat və ya 8,1%, qeyri-büdcə təşkilatları üzrə isə 249,7 mln. manat və ya 11,3 % artımla olub.