Sol və sağ qolunuzdakı təzyiq arasındakı böyük fərq damarlarınızla bağlı təhlükəli problemlərin əlaməti ola bilər.
“Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” sağlamlıq verilişində doktor Aleksandr Myasnikov qan təzyiqi ilə bağlı maraqlı faktı açıqlayıb.
O bildirib ki, təzyiqimiz ürək deyil, qalxanvari vəzi, böyrəküstü vəzilər deyil, böyrəklər tərəfindən tənzimlənir.
Maraqlıdır ki, Rusiyada və bir çox ölkələrdə hipertoniya ilə ənənəvi olaraq kardioloqlar, dünyanın qalan hissəsində isə böyrəkləri öyrənən və müalicə edən nefroloqlar, həkimlər, mütəxəssislər məşğul olurlar.
"Hipertoniya böyrəklərin xəstəliyidir, ürək xəstəliyi deyil", -deyə tok-şou aparıcısı fikrini yekunlaşdırıb.
Nubar Süleymanova, “İki sahil”