03 sentyabr 2024 13:20
243

Güclü külək Xaçmazda fəsadlar törədib, xəsarət alanlar var

Davam edən güclü külək Xaçmaz rayonunda fəsadlar törədib.

“İki sahil”in məlumatına görə, Xaçmaz-Xudat avtomobil yolunun Nərəcan kəndindən keçən hissəsində külək iri gövdəli ağacı kafenin üstünə aşırıb.

Nəticədə birmərtəbəli tikiliyə ciddi ziyan dəyib, kafedə olan şəxslər isə xəsarət alıb.

Həmçinin adıçəkilən ərazidə qırılaraq magistral yola düşən ağac parçaları avtomobillərin hərəkətini çətinləşdirib.

Küləkli hava şəraiti səbəbindən Xaçmaz rayonunun bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.