01 sentyabr 2024 20:12
268

Sabirabadda yük maşınının vurduğu piyada ölüb

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan piyada ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Şirvan-Sabirabad avtomobil yolunun Qaratuğay kəndi ərazisində qeydə alınıb. Həsənov Zaur Yaşar oğlu idarə etdiyi "Mercedes Atego" markalı yük maşını ilə hərəkətdə olarkən, yolu keçən piyada Hüseynəliyev Yusif Oruc oğlunu vurub. Hadisə nəticəsində ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.