01 sentyabr 2024 17:34
241

Füzuli sakinləri səsvermədə fəal iştirak edirlər

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Füzuli şəhərində seçicilərin səs verməsi üçün 4 məntəqə fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, Füzuli şəhərində səsvermə prosesinin təşkil olunduğu məntəqələrdən biri də 75 saylı seçki məntəqəsidir. Məntəqə sədri Ləman Məstalıyeva bildirib ki, hər bir yerdə olduğu kimi, Füzulidə də səhər saat 8:00-da məntəqələr açıq elan olunan vaxtdan seçicilər səsvermədə fəal iştirak edirlər. Həmçinin səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilər tərəfindən də izlənilib və hər hansısa mənfi hal aşkarlanmayıb.

Bütün seçki məntəqələrində olduğu kimi 75 sayli seçki məntəqəsində də seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub.

Qeyd edək ki, işğaldan azad olunan Füzuli şəhərində 75, 76, 77 və 78 saylı seçki məntəqələri fəaliyyət göstərir.