01 sentyabr 2024 16:11
242

Naxçıvanda məhkumların sərbəst səs vermələri üçün şərait yaradılıb

Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilir.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində parlament seçkiləri üçün Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 65 saylı seçki məntəqəsi, Ali Məclisə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı seçki məntəqəsi təşkil edilib.

Cəzaçəkən şəxslərə sərbəst şəkildə səsvermələri üçün şərait yaradılıb.

Qeyd edək ki, seçkilərdə bu il 1 nəfər məhkumun 18 yaşı yeni tamam olduğundan ilk dəfə səsvermədə iştirak edir.