Müğənni Zamiq Hüseynov yay mövsümünü solo konsertlə bitirib.
“İki sahil” xəbər verir ki, ulduz ifaçı şəhər restoranlarından birində səhnə alıb.
Sənətçi 2 saat ərzində sevilən mahnılarını ard-arda oxuyub. Maraqlı anlarla yadda qalan gecədə, Zamiq “Kaman”, “Oğlum”, “Uçduq”, “Əvəzsizim”, “Sən necə də gözəlsən”, “İfadə”, “Mən səni sevirəm” və digər nəğmələrini sevənləri ilə bərabər ifa edib.
Anşlaqla keçən gün, Z.Hüseynovun bu ilə son yay konserti kimi qeyd olunub. Konsertindən olduqca məmnun qalan ifaçı, yeni mövsümə kifayət qədər enerjili olduğunu bildirərək, yaxın zamanlarda daha da gözəl işlərin müjdəsini verib.