“Rossiya” telekanalının “Ən vacibi haqqında” verilişində rusiyalı mütəxəssis Aleksandr Myasnikov qanda qlükoza səviyyəsini aşağı salmağın yollarından danışıb. Bildirib ki, bunlardan ən vacibi idmandır.
Həkimin sözlərinə görə, qlükoza səviyyəsini bilmək çox vacibdir. Boş bir mədədə 5,6-dan 6,9 mmol/l-ə qədər olan bütün göstəricilər prediabet, 7 isə artıq diabetdir. Bu təhlükəli xəstəliyin baş verməsinin qarşısını almaq üçün xüsusilə ilk əlamətlər artıq olduqda, davamlı olaraq tədbirlər görmək lazımdır.
Məcburi və çox təsirli tədbirlərdən biri müntəzəm aerob fiziki fəaliyyətdir (qaçış, üzgüçülük, velosiped sürmək və s.).
"Çəkinizin nə qədər olmasının əhəmiyyəti yoxdur, bu, sizin üçün vacibdir. Diabetdən başqa onkologiya, infarkt və insultdan qoruyur”,-deyə mütəxəssis bildirib.
Nubar Süleymanova, “İki sahil”