Şahzadələr Harri və Uilyam nəhayət görüşüblər.
“İki sahil” xəbər verir ki, bu haqda “The US Sun” anonim mənbəyə istinadən yazıb. III Çarlzın oğulları İngiltərənin Norfolk şəhərində ən yaxın ana qohumu Lord Robert Fellousun dəfn mərasimində görüntülənib.
Məlum olub ki, vida mərasimi boyu Uilyam və Harri aralarında məsafə saxlayıb və bir-birləri ilə heç danışmayıblar.
"Onlar çox gizli gəldilər. Uilyam və Harry hər ikisi orada idilər, lakin biz onların bir-biri ilə danışdıqlarını görmədik və məsafə saxladılar " deyə, insayder söyləyib.
Bu dəfə Harrinin İngiltərəyə gəlişinin mediada heç bir şəkildə işıqlandırılmaması da diqqətdən yayınmayıb. Ailəsi ilə gərgin münasibətdə olan Harriyə yenidən İngiltərəyə səfər etməyə imkan verilməsi təəccübləndirib.
Qeyd edək ki, Harri həyat yoldaşı Meqan marklla birlikdə ölkəni tərk edib.