30 avqust 2024 10:16
249

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılovu saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan “İki sahil”ə verilən məlumata görə, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.