29 avqust 2024 17:47
276

Yaşar Gülər: Böyük zəfər Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa ən gözəl cavab oldu

Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi böyük zəfər tarixə qızıl hərflərlə yazıldı, Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa göz yumanlara, həll yolu tapmaq istəməyənlərə ən gözəl cavab oldu.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycandan olan Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvləri ilə görüşündə deyib.

O bildirib ki, qəhrəman Azərbaycan şəhidləri tarixi dastan yazıb.

"Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan Ordusunun hər bir mənsubunun, xüsusilə də əziz şəhidlərimizin, qəhrəman qazilərimizin göstərdiyi şücaət sayəsindədir", - nazir vurğulayıb.