29 avqust 2024 16:41
267

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Cəlilabad rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

“İki sahil” xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir./AZƏRTAC/