Azərbaycanın “Bolşoy Prazdnik” komandası “Rostec” VIII Beynəlxalq atəşfəşanlıq festivalının qalibi seçilib.
“İki sahil” xəbər verir ki, “Bolşoy Prazdnik” komandasına kuboku Vladimir vilayətinin qubernatoru şəxsən özü təqdim edib.
“Rostec” VIII Beynəlxalq atəşfəşanlıq festivalında digər yerləri tutan şirkətlər bunlardır:
2-ci yerin qalibi Rusiyanın “SLK” şirkəti,
3-cü yerin qalibi isə Çinin “JINGDUAN NEW-ART” şirkətidir.
Qeyd edək ki, bu yarışda qalibiyyət “Bolşoy Prazdnik”in ilk uğuru deyil. Şirkət bunadək dəfələrlə mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edərək ilk yerə sahib çıxıb.