Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə səçkilərdə səs verə biləcəklər.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atılıb.
“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə, həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq”, - R.Qasımov qeyd edib.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir