Beynəlxalq qurumların seçkilərə hazırlıqla bağlı heç bir iradı olmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, seçkilərdə təhlükəsizliyin təmin olunması və qanunvericiliyin tələblərinə riayət edilməsi ciddi həyata keçirilib: "Bütün dairə və məntəqələrə verilən inzibati binalar tələblərə uyğundur. Azad olunmuş ərazilərdə də seçkinin yüksək səviyyədə baş tutması üçün hər cür şəraiti olan binalar seçilib. Tikililər yüksək standartlara cavab verir və bütün bölgələrə nümunədir".
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir