Azərbaycan və Özbəkistan çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edirlər.
“İki sahil” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycan və Özbəkistan arasında çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), Şanxay Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq mövcuddur və bu qarşılıqlı fəaliyyət səmərəlidir. İkitərəfli münasibətlərin səmərəli tənzimlənməsi sayəsində təşkilatlara üzv olan bütün dövlətlərin maraqlarını nəzərə alaraq razılaşdırılmış qərarlar qəbul etmək mümkündür”, - o bildirib.
Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir