Bakı ilə Daşkənd arasında əməkdaşlıqda prioritet istiqaməti sənaye kooperasiyasının inkişafıdır.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətlərinin qurulması ilə bağlı tarixi sənəd imzalanıb”, - o bildirib.
İki ölkə arasında 11 qardaşlaşmış şəhərin olduğunu bildirən səfir bunu sıx əməkdaşlığın nümunəsi adlandırıb: “Azərbaycan Özbəkistan üçün Avropaya körpü rolunu oynayır. Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi xidmət edə bilər”.
B.Aşrafxanov 2025-ci ilin “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” olacağını xatırladıb.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir