27 avqust 2024 01:00
467

Kəpənək effekti yaradan tarixi hadisələr - FOTOLAR

Tarix böyük nəticələrin kiçik səbəblərlə başlandığı və mürəkkəb nəticələr doğura bildiyi bir çox hekayə ilə zəngindir. Kəpənək effekti kaotik sistemlərdə kiçik dəyişikliklərin böyük təsirlərə səbəb ola biləcəyi fikrini ifadə edir və tarixi hadisələr bu anlayışı aydın şəkildə nümayiş etdirir. Bir kəpənəyin qanad çırpışı ilə başlayan proses bəzən böyük sosial və siyasi dəyişikliklərə yol aça bilər.

Budur, kəpənək effekti  yaradan bəzi tarixi hadisələr:

Təkərin icadı

Təkərin icadı insanlıq tarixinin ən mühüm innovasiyalarından biridir. Təkərin yaranışı nəqliyyatın, iqtisadiyyatın və texnologiyanın inkişafında əvəzsiz bir rol oynamışdır. Tarixçilərin təkərin təxminən 3500 il əvvəl Mesopotamiya regionunda icad edildiyini qəbul etdikləri hesab olunur. İlk təkərlər daş və ya ağacdan hazırlanırdı. Əsasən yük daşınmasında istifadə edilirdi.

Təkərin icadı yalnız nəqliyyat sahəsində deyil, həmçinin mexanika və mühəndislik sahələrində də böyük dəyişikliklərə yol açmışdır. Bu inkişaf sənaye inqilabına və müasir dünyaya keçid prosesində mühüm bir mərhələ olmuşdur.

Yazının kəşfi

Yazının kəşfi insanlıq tarixindəki ən mühüm dönüş nöqtələrindən biridir. Yazının nə vaxt və harada kəşf edildiyi ilə bağlı müxtəlif nəzəriyyələr olsa da, ümumiyyətlə, eramızdan əvvəl dördüncü miniliiyin sonunda Mesopotamiyada, xüsusən də Şumerlər tərəfindən inkişaf etdirildiyi qəbul edilir.

Yazının kəşfi biliklərin saxlanması və ötürülməsi baxımından inqilabi bir inkişafdır və bu proses tarixin gedişatına böyük dərəcədə təsir göstərmişdir.

Marafon döyüşü

Eramızdan əvvəl 490-cı ildə baş vermiş Marafon döyüşü Antik Yunan tarixinin ən əhəmiyyətli hadisələrindən biridir. Bu müharibə Persiya İmperatorluğu ilə yunan şəhərləri arasında xüsusən də Atina ilə Persiya arasında keçirilmişdir.

Marafon döyüşü yalnız hərbi bir qələbə deyil. Bu müharibə yunan mədəniyyəti və müstəqilliyi üçün böyük bir təsir yaratdı. Bunun sayəsində qədim yunan fəlsəfəsi və mədəniyyəti günümüzə qədər gəlib çatmışdır.

Magna Carta

Magna Carta İngiltərədə 1215-ci ildə imzalanmış bir hüquq sənədidir. Bu sənəd İngiltərə tarixində hüquqi və siyasi sistemlərdə əhəmiyyətli bir dəyişiklik yaratmışdır.

Magna Carta dövlətin gücünün məhdudlaşdırılması və fərdi hüquqların qorunması baxımından tarixdə əhəmiyyətli bir dönüş nöqtəsi olmuşdur. Bu sənəd hüquqi dövlət anlayışının və demokratik prinsiplərin inkişafına böyük təsir göstərmişdir.

Renessans (intibah) dövrü

Renessans (intibah, 14-cü əsrin sonlarından 17-ci əsrin əvvəllərinə qədər Avropada sənət, ədəbiyyat, fəlsəfə, elm və mədəniyyət sahələrində böyük dəyişikliklərin yaşandığı bir dövrü ifadə edir. "Renessans" sözü fransızca "yenidən doğuş" mənasını verir və bu dövr antik Yunan və Roma mədəniyyətinə olan marağın yenidən canlandığı bir zaman kəsiyini təmsil edir. Bu dövr Orta əsrlərin qaranlıq olaraq görülən dövrünə bir reaksiya kimi də qəbul edilə bilər.

Renessans Avropanın intellektual, mədəni və sosial quruluşunu köklü şəkildə dəyişdirmişdir. Humanizm cərəyanının yayılması, fərdi azadlıqlar, demokratiya, elmi düşüncə və incəsənətin inkişafına zəmin hazırlamışdır. Bu dövrdə atılan addımlar müasir elmin, sənaye inqilabının və Maarifçilik dövrü kimi sonrakı mühüm tarixi hadisələrin əsasını təşkil etmişdir.

Telefonun icadı

Telefononun icadı telekommunikasiya tarixində əhəmiyyətli bir dönüş nöqtəsidir. Telefon uzaq məsafələrdə səsli rabitə imkanı təmin edərək həm şəxsi, həm də işgüzar ünsiyyət üçün yeni bir dövr açmışdır. Aleksandr Qraham Bellin bu yeniliyi dünya miqyasında səsli rabitənin əsasını qoymuş və müasir ünsiyyət texnologiyalarının inkişafına böyük təsir göstərmişdir. Telefonun icadı ilə başlayan bu rabitə inqilabı günümüzdə mobil telefonlar və internet üzərindən səsli və görüntülü zənglər kimi müasir texnologiyaların təməlini təşkil edir.

Elektrikin ixtirası

Elektrikin ixtirası bir çox alim və ixtiraçının töhfəsi ilə yüz illər boyu davam edən bir prosesin nəticəsidir. Lakin elektriklə bağlı ən mühüm işlər və kəşflər əsasən 18-ci və 19-cu əsrlərdə baş vermişdir. 20-ci əsrin təsiri və sonrasında Nikola Tesla alternativ cərəyan (AC) sistemini inkişaf etdirdi. Bununla da elektrik enerjisinin daha səmərəli ötürülməsini mümkün etdi. Corc Vestinqaus Teslanın AC sistemini dəstəklədi və elektrik enerjisinin daha geniş bir sahədə istifadəsini təmin etdi.

Atom bombasının icadı

Atom bombasının ixtirası 20-ci əsrin ən mühüm və bəşəriyyət üçün əhəmiyyətli hadisələrindən biri hesab olunur. Bu silahın inkişafı fizika sahəsindəki elmi nailiyyətlərin və İkinci Dünya müharibəsi zamanı siyasi-strateji məqsədlərin birləşməsinin nəticəsidir. Atom bombasının ixtirası elmi və texnoloji tərəqqi ilə yanaşı, etik və siyasi məsələləri də gündəmə gətirdi. Bu silahın gücü və dağıdıcı təsiri onun istifadə edilməsinə dair ciddi müzakirələrə səbəb olmuş və bəşəriyyətin gələcəyi üçün ciddi narahatlıqlar doğurmuşdur.

ENIAC

ENIAC (Electronic Numerical Integrator and Computer) elektron rəqəmsal hesablayıcı və ümumi təyinatlı ilk kompüterlərdən biri olaraq kompüter elminin inkişafında mühüm bir mərhələni təmsil edir. 1940-cı illərin əvvəllərində ABŞ-da İkinci Dünya müharibəsi dövründə hazırlanmışdır və hərbi tətbiqlərdə istifadə olunmuşdur.

ENIAC-ın ixtirası texnologiyanın və hesablamanın tarixində böyük bir dönüş nöqtəsi idi. Bu kompüterlərin insan həyatına necə inteqrasiya olunacağını və elmi-tədqiqat işlərini necə asanlaşdıracağını göstərdi. ENIAC bu gün istifadə etdiyimiz müasir kompüterlərə aparan yolun əsasını qoymuşdur.

İnsanın Aya uçuşu

İnsanın Aya uçuşu tarixdə böyük bir nailiyyət olaraq qalır və kosmos araşdırmaları sahəsində mühüm bir mərhələ hesab olunur. Bu hadisə həm elmi-texniki inkişafın, həm də siyasi rəqabətin bir simvolu olaraq qəbul edilir. “Apollo 11” missiyası və insanın Aya uçuşu bəşəriyyətin ən böyük nailiyyətlərindən biri olaraq tarixə keçdi. Bu, elmin, mühəndisliyin və insanın iradəsinin nəyə qadir olduğunu göstərən bir hadisə oldu. Aya eniş həm də gələcəkdə daha böyük kosmik araşdırmalara ilham verdi.

Nigar Orucova, “İki sahil”