25 avqust 2024 14:34
490

Şahbuzun ucqar dağ kəndinin orta məktəbinin 9 məzunundan 8-i ali məktəblərə qəbul olub

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ucqar dağ kənd olan Kükü kənd tam orta məktəbinin məzunları ali məktəblərə qəbulda yüksək nəticə göstəriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Novruz Məmmədov məlumat verib.

O, qeyd edib ki, bu il 100 yaşı yamam olan rayonun Kükü kənd Alahqulu Quliyev adına tam orta məktəbinin 2023-2024-cü tədris ilində bitirən 9 məzundan 8-i respublikanın müxtəlif universitetlərinə qəbul olub.

Qəbul olan məzunlardan 4-ü 500-700 intervalında bal toplayıb. Məzunlardan Turqay Məmmədov gümüş nişana, 2 şagird isə fərqlənmə attestatına layiq görülüb.