Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələri və qazilərimiz daima Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Onların bütün problemlərini, əsasən də məişət həyatlarını asanlaşdırmaq üçün mütəmadi iş aparılır.
“İki sahil” xəbər verir ki, məhz görülən işlərin bir hissəsidir ki, Culfa rayonunun Əbrəqunus kəndindən olan qəhrəman şəhidimiz Yusifov Əbdülməhəmməd Əbdüləzim oğlunun ailəsinin yaşadığı məhəllənin yollarına asfalt beton örtüyü verilir.
Göstərilən diqqət və qayğıya görə şəhidimizin ailəsi Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.