Xalq artisti Elçin Əzizov böyük layihəsinin anonsunu verib.
“İki sahil” xəbər verir ki, opera ifaçısı Rusiyanın ən böyük konsert zallarından olan Kreml Sarayında konsert verəcək.
"Əzizlərim, yay başa çatır, bu o deməkdir ki, bizi xoş görüşlər və bol musiqi gözləyir. Bu gün sizi dekabrın 1-də Dövlət Kreml Sarayının kiçik zalında möhtəşəm pop-caz musiqiçilərinin müşayiəti ilə keçiriləcək “Mahnıma inan” proqramı ilə solo konsertimə dəvət etmək istəyirəm. Sevdiyiniz və yəqin ki, doğma mahnılarınızı sizin üçün ifa etməkdən məmnun olaram. Həm də mənimlə birlikdə oxusanız çox şad olaram. Hər kəsi 1 dekabrda görməyi səbirsizliklə gözləyirəm. İnanın, çox gözəl olacaq" deyə, E.Əzizov bildirib.