22 avqust 2024 12:51
371

İspaniya klubu fransalı futbolçunu transfer edib

İspaniya təmsilçisi "Vilyarreal" fransalı hücumçu Tyerno Barrini transfer edib.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müddəti 2029-cu ilə qədər olan müqavilə bağlanıb.

"Transfermarkt" portalı İspaniya klubunun bu futbolçu üçün 14 milyon avro ödədiyini, onun qiymətinin isə 4 milyon avro olduğunu yazıb.

Qeyd edək ki, T.Barri 2023-cü ildən İsveçrənin "Bazel" klubunda çıxış edir. O, komandanın heyətində meydana çıxdığı bütün turnirlərdə 41 oyun keçirib, 20 qol vurub, 5 məhsuldar ötürmə edib. La Liqanın 2024/2025 mövsümünün ilk turundan sonra "Vilyarreal" 1 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.