22 avqust 2024 09:20
492

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya"nın qonağıdır

UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün pley-offun ilk oyununa çıxacaq.

Tarixində ilk dəfə avrokuboklarda pley-offa yüksələn Rəşad Sadıqovun komandası səfərdə Kiprin "Omoniya"  klubu ilə qarşılacaq.

GPS stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Konfrans Liqası, pley-ffun ilk oyunu

22 avqust

21:00."Omoniya" (Kipr) - "Zirə" (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya)

Nikosiya. GPS stadium