22 avqust 2024 01:26
485

Sən demə tənbəllik də faydalı imiş...

Dünya Tənbəllik Günü hər il avqustun 20-də qeyd olunur. “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq verilişində Tənbəllik Günündə mütəxəssislər məhz bu haqda danışıblar.

Məlum olub ki, tənbəlliyin də orqanizm üçün özünəməxsus faydaları var imiş.

Proqramın müəlliflərinin fikrincə, tənbəllik psixi xəstəlik riskini azaldır, idrak qabiliyyətini yaxşılaşdırır, immun sisteminin fəaliyyətinə müsbət təsir edir, hipertoniya və şəkərli diabet riskini azaldır.

Eyni zamanda, tok-şounun aparıcısı doktor Aleksandr Myasnikov tənbəllik və istirahət etmək qabiliyyətini qarışdırmamağa, həmçinin məsələn, idmanla məşğul olmağımıza mane olan təhlükələri unutmamağa çağırıb.

Nubar Süleymanova, “İki sahil”