Bu yay “Araz-Naxçıvan”dan ayrılan Mohammed Kadirinin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Hindistanda çıxış edəcək.
Qanalı futbolçu “Mohammedan”a keçib. Kadiri 1-ci liqa klubu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mohammed Kadiri 2023-2024 mövsümündə "Araz-Naxçıvan"da çıxış edib.