21 avqust 2024 17:22
411

Joao Feliksin "Çelsi"yə transferi rəsmiləşib

İngiltərənin "Çelsi" klubu hücumçu Joao Feliksin transferini rəsmən açıqlayıb.

“İki sahil” xəbər verir ki, London təmsilçisi portuqaliyalı ilə 5 illik müqavilə bağlayıb.

Feliksin transfer hüququ "Atletiko Madrid"ə məxsus olsa da, ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.

O, katalonların heyətində meydana çıxdığı 44 matçda 10 qol vurmağı bacarıb.