20 avqust 2024 23:29
330

4.4 milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur - Araşdırma

Cümə axşamı günü aparılan yeni bir araşdırmaya görə, dünyada təxminən 4,4 milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur.

“Science” jurnalında dərc olunan araşdırma İsveçrə Federal Su Elmləri və Texnologiyaları İnstitutundan Ester Qrinvud da daxil olmaqla alimlər tərəfindən aparılıb.

Britaniyanın həftəlik “Nature elmi jurnalı “xəbər verir ki, bu, dünya əhalisinin yarısından çoxunun təmiz, əlçatan sudan məhrum ola biləcəyinə işarə edib.

Tədqiqatçıların fikrincə, təsirlənənlərin demək olar ki, yarısı Cənubi Asiya və Sub-Sahara Afrikasında yaşayır.

"Vəziyyəti dəyişdirməyə təcili ehtiyac var", -deyə Qrinvud bildirib.

2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in hesablamalarına görə, 2,2 milyard insan təhlükəsiz içməli sudan məhrum idi.

BMT 2015-ci ildən təhlükəsiz içməli suyu insan hüququ kimi tanıyıb.

Bu arada Qəzzada davam edən qarşıdurma su təhlükəsizliyini daha da gücləndirir. ÜST sanitar şəraitin pisləşməsi səbəbindən poliomielit xəstəliyinin potensial yayılması barədə xəbərdarlıq edib.

Nubar Süleymanova, “İki sahil”