Rusiyanın “LUKoil” neft şirkətinin bu ilin doqquz ayındakı xalis mənfəəti 298,3 milyard rubl (5,11 milyard dollar) təşkil edib.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, hesabat dövründə “LUKoil” şirkətinin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 86,2 faiz artıb. Şirkətin faiz və vergilər daxil olmayan mənfəəti isə 11 faiz artaraq 607 milyard rubl olub.
Bu ilin ilk doqquz ayı ərzində “LUKoil”un kapital xərcləri 4,6 faiz artaraq 373,8 milyard rubl təşkil edib.
Qeyd edək ki, “LUKoil” dünya neftinin təxminən 2 faizinin istehsalını həyata keçirir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir