Dünyada elə yerlər var ki, orada yağış nadir və qiymətli bir təbiət hadisəsidir. Yağış anlayışının keçmişdə qaldığı yer üzündəki ən quraq yerlərdən bəziləri bunlardır:
Aulef, Əlcəzair
Orta yağıntı: ildə 12,19 mm
Əlcəzairin mərkəzində yerləşən Aulef ölkənin ən quraq yeridir. Bu kiçik şəhər kilometrlərlə səhra ilə əhatə olunub. Monotonluğu pozan yalnız bir neçə xurma ağacıdır. Dözülməz istilər onu səhrada vahəyə çevirir.
Pelikan Point, Namibiya
Orta yağıntı: ildə 8,13 mm
Namibiyanın qum təpələrindəki bu kiçik marina unikal təcrübədir. Dünyanın ən quraq yerlərindən biri olmasına baxmayaraq, eyni zamanda, məşhur bir sörf yeridir. Quru hava dalğaları daha əlçatan edir və sörfçülər mükəmməl gəzinti üçün demək olar ki, hər şeyə dözməyə hazırdırlar.
Iquique, Çili
Orta yağıntı: ildə 5,08 mm
Çilinin yuxarı hissəsindəki Iquique Atakama səhrasının qərbində yerləşən liman şəhəridir. Şəhərin quru havadan qaça biləcəyiniz gözəl çimərlikləri var. Burada qısamüddətli yağış adətən yanvar və fevral aylarında olur.
Vadi Halfa, Sudan
Orta yağıntı: ildə 2,45 mm
Vadi Halfa Saharanın mərkəzində yerləşən mənzərəli səhra şəhəridir. Yüksək dağlıq subtropiklərin enən, quruyan havası ətraf əraziyə güclü təsir edərək quru və isti səhra yaradır.
Ica, Peru
Orta yağıntı: ildə 2,29 mm
Limanın cənub kənarında, Atakama səhrası ilə həmsərhəd yerləşir. Bölgə həmişə quraq olmayıb. Alimlər bir vaxtlar ərazidə yaşamış 4 fut hündürlüyündə pinqvin növünün qalıqlarını aşkar ediblər.
Luksor, Misir
Orta yağıntı: ildə 0,862 mm
Dünyanın ən qədim abidələrinin çoxuna malik olan Luksor həm də yer üzünün ən quraq yerlərindən biridir. Sərin mövsümdə Qərb səhrasından xəmsin kimi tanınan isti küləklər əsir, bəzən sürəti 150 km/saata çatan qum fırtınaları baş verir.
Asvan, Misir
Orta yağıntı: ildə 0,861 mm
Asvan bəndləri ilə məşhur bir şəhərdir, lakin çox vaxt tamamilə qurudur. Yüksək temperatur və quru hava kömək onu insanların məskunlaşması üçün çətin bir yerə çevirir.
Əl-Kufra Oasis, Liviya
Liviyanın cənub-şərqində, Misirlə sərhədə yaxın ərazidə yerləşən Əl Kufra Oasis səhranın ortasında nadir bir sığınacaqdır. Orta illik yağıntının miqdarı 0,860 mm olan bölgə Afrikanın ən quraq ərazisi hesab olunur. Yaxınlıqdakı oazislər çoxlu sayda insan və heyvanı qida ilə təmin edir və becərilən əsas məhsullar şaftalı, xurma və ərikdir.
Arika, Çili
Arika da tez-tez planetin ən quraq şəhəri adlandırılır. Lakin bu, ən quraq yer deyil. Arid iqliminə baxmayaraq, Arika yüksək rütubət səviyyəsinə və bulud örtüyünə malikdir, bu da yağışın yerə çatmasını çətinləşdirir. Ətrafdakı bəzi ərazilər 500 ildən artıqdır ki, yağış görməyib.
Antarktidanın quraq vadiləri
Antarktidanın quru vadilərində yerləşən bölgə Yer kürəsinin ən quraq yeri hesab olunur. Orta yağıntının 0 (sıfır) olduğu ərazi son dərəcə aşağı rütubət və demək olar ki, buz və ya qar örtüyünün olmaması ilə xarakterizə olunur. Unikal şərait sürəti 322 km/saata çata bilən güclü qasırğalı küləklərdən qaynaqlanır, aşağı enərkən qızır və bütün suyu, buzu və qarı buxarlandırır.
Antarktidada dünyanın şirin suyunun 20%-dən çoxunun olduğunu bilirdinizmi? Yer kürəsinin ən quraq yerlərindən biri olmasına baxmayaraq, Antarktidada dünya şirin suyunun təxminən 70%-ni ehtiva edən nəhəng buz təbəqələri və buzlaqlar var.
Nubar Süleymanova, “İki sahil”