ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,4 milyon barrel azalaraq 453,7 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları ehtiyatların 2,3 milyon barrel azalması istiqamətində idi.
ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 2,4 milyon barrel (0,4 faiz) azalaraq 665,1 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 3,6 milyon barrel artaraq 214,1 milyon barrel təşkil edib. Bazar proqnozları isə ehtiyatların 1,2 milyon barrel artması istiqamətində idi.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir