Azərbaycanlı aşıq, tambur ifaçısı Əfqan Rəhimov xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə prodüser Samir Xəttab paylaşım edib.
Bildirilib ki, o, 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadır.
Xatırladaq ki, Əfqan Rəhimov Balakəndə yaşayır. O, bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib
Məqsəd fəaliyyətin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyini artırmaqdır