17 avqust 2024 00:46
523

Sevgi və bərəkət rəmzi

Bəri başdan deyim ki, bir çox xalqların  sevgi və bərəkət rəmz adlandırdığı şaftalının əzəl Vətəni  Çin  sayılır.  Belə ki, ölkənin şimal  bölgələrində  miladdan əvvəl 3 mininci illərdən etibarən   insanların ən çox sevdiyi meyvə olub.  Qədim yunan  və Roman mədəniyyətində  isə bu ləziz meyvənin  latınca  adı “İran alması” mənasını  verir.  O da bildirilir ki, Makedoniyalı İsgəndərin sayəsində Yunanıstandan  keçərək Ağdəniz  hövzəsinə,  oradan da  qonşu dövlətimiz olan İrana gəlib çıxıb.

İkinci tərəfdən  Hindistan əfsanələrində də şaftalının adına  çox rast gəlinir.  Qədim ölkənin   mifiologiyada  uzun ömür və ölümsüzlük  simvolu kimi ər-arvada iki şaftalı hədiyyə etmək  onlara Tanrının verdiyi ömür payını sonuna qədər birgə yaşamağı arzulamaq mənasını verir.  

Bizdə də şaftalı  yay fəslinin  ən çox sevilən meyvəsidir.  Ağzımıza dad qatmaqla   həyatımıza  sağlam gətirir, həmçinin bir sıra xəstəlikərdən həkimə getmədən  bizi qoruyur.   Daha dəqiq desək, insan orqanizminin ümumi müqavimətini artırır,  ürək ritmini qaydaya salır, qanı təmizləyir,  həzmi yaxşılaşdırır,  bağırsaqları  yumşaldır,  ağız qoxusunu aparır.

Həmçinin şaftalı  toxumunda olan yağdan  qidalanmaq, qulaq ağılarında istifadə etmək çox faydalıdır.  Quru və yorğun dəriyə  cavanlıq vermək üçün  meyvənin qabığını soyub əzdikdən sonra üzə çəkirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü