İnsanlıq tarixinin bizə təqdim etdiyi ən təsirli irslərdən bəziləri yalnız dövrün sənət və mədəni zənginliklərini deyil eyni zamanda, zaman içində səyahət etmə fürsətini də təqdim edir. “Reddit”in hazırladığı bu siyahıda tarix və mədəniyyət həvəskarlarını valeh edəcək maraqlı tarixi əsərləri kəşf edəcəksiniz. Hər biri keçmişin dərinliklərindən gələn zaman kapsulası kimi tarixi hadisələri və həyat tərzlərini gözlər önünə sərir.
Günümüzə qədər qorunan həm maraqlı, həm də qəribə tarixi əsərlərə nəzər salaq
“Son hökm”ü təsvir edən vitraj pəncərələr
15-ci əsrdən qalma “Son hökm”ü təsvir edən vitraj pəncərələri Orta Çağ dövrünün sənət və teoloji düşüncələrini vizual olaraq əks etdirən təsirli nümunələrdir. Bu pəncərələr adətən kilsələrdə rast gəlinir və Xristianlıq inancının əsas elementlərini göstərir. Xüsusilə “Son hökm” səhnələri insanların axirətdəki talelərinin müəyyən ediləcəyi böyük qiyamət gününü təsvir edir.
15-ci əsr vitraj pəncərələri həm tarixi, həm də sənət baxımından böyük əhəmiyyətə malikdir. Bu pəncərələr yalnız dövrün estetik anlayışını deyil həm də dini inamların necə ifadə olunduğunu göstərir.
Daşdan oyulmuş ev
Rumun rahib Daniil Sihastrul tərəfindən daşdan oyulmuş ev nadir bir tarix və sənət əsəri olaraq diqqət çəkir. Daniil Sihastrul 15-ci əsrdə yaşamış bir keşişdir və xüsusilə daş oyma bacarıqları ilə tanınır. Onun tərəfindən oyulmuş ev yalnız bir bina deyil, həm də dövrün mənəvi və sənət dəyərlərini əks etdirən zaman kapsulasıdır. Bu cür tikililər həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət kəsb edir.
Roma İmperatoruna məxsus zireh
17-ci əsrdən qalma zireh Müqəddəs Roma İmperatoru Ferdinand II Von Habsburg üçün hazırlanmış hərbi geyimdir və dövrün hərbi tarixinin mühüm bir hissəsidir. Ferdinand II Habsburglar Sülaləsinin bir üzvü olaraq xüsusilə Otuz İllik Müharibə dövründə əhəmiyyətli bir şəxsiyyət idi. Bu zireh həm hərbi funksiyası, həm də simvolik mənası baxımından diqqət çəkici bir əsərdir.
Lotus Mahal
Hindistanın Karnataka əyalətində yerləşən Hampi kəndi Vijayanagara İmperiyasının qalıqları ilə məşhurdur. Hampi 14-cü əsrdən 17-ci əsrə qədər Vijayanagara İmperiyasının paytaxtı olaraq bilinir. Bu kənddə yerləşən Lotus Mahal köşkü Vijayanagara İmperiyasının memarlıq və mədəni zənginliyini əks etdirən mühüm bir tikilidir. Eyni zamanda, imperiya həyatının və idarəetmənin bir hissəsi olaraq əhəmiyyətli bir yer tutur.
Yeraltı məzar
İsveçrənin Blumenstein tarix muzeyindəki yeraltı məzarı Müqəddəs Kandidus və Müqəddəs Klaranın qalıqlarını saxlayan mühüm bir tarixi və dini məkanıdır. Bu məzar xüsusilə Orta Çağ dövründən qalan dini və mədəni irslə diqqət çəkir. Yeraltı məzar Orta Çağın memarlıq üslubunu əks etdirir. Daş işçiliyi və məzar quruluşları dövrün sənət və tikinti texnikalarını nümayiş etdirir. Məzarda istifadə olunan daşlar və bəzək elementləri dini və mədəni mənaları əks etdirir.
Müharibə və dəmir tanrısına həsr olunmuş nəhəng qılınc
Müharibə və dəmir tansrısı Qu-ya həsr olunmuş qılınc tarixi və mədəni baxımdan böyük əhəmiyyətə malikdir. Qılınc detallı bir dizayna sahibdir. Qılıncın üzərindəki oymalar, naxışlar və simvollar Qu-nun nun gücünü və əhəmiyyətini nümayiş etdirir. Dizaynında istifadə olunan texnikalar dövrün sənət anlayışını və metal işçiliyinin ustalığını əks etdirir. Qılınc müəyyən bir dövr və ya mədəniyyətin müharibə və tanrı anlayışını əks etdirir. Bu cür əsərlər adətən krallıq və dini mərasimlərdə mühüm rol oynayır və cəmiyyətin bu dəyərlərlə olan əlaqəsini göstərir.
Gümüş qurbangah
1731-ci ildə gümüş ustası Gennaro De Blasio tərəfindən hazırlanmış qurbanga, barok dövrünün sənət və dini dəyərlərini əks etdirən təsirli bir əsərdir. Bu cür qurbangahlar dövrün zənginlik və ihtişamını nümayiş etdirməklə yanaşı dini mərasimlərin mərkəzində yer alan müqəddəs əşyalar kimi də mühüm yer tutur. Qurbangahın gümüşdən hazırlanması bu qiymətli metalın işlənməsindəki ustalığı nümayiş etdirir. Gümüşün parıltısı və işlənmə üsulu əsərin dini mənasını və görkəmini artırır. Ümumiyyətlə Gennaro De Blasio incə işçiliyi və detallara verdiyi önəmlə tanınır.
Kristal gözlü Vaisravana heykəli
Yaponiyanın Kamakura dövrünə aid boyalı kristal gözlü Vaisravana heykəli həm dini, həm də sənət baxımından böyük bir dəyərə malik olan nadir bir əsərdir. Kamakura dövrü (1185-1333) Yaponiyanın tarixi və mədəniyyətində əhəmiyyətli yer tutan Buddizm və sənətin inkişaf etdiyi bir dövr olaraq tanınır. Vaisravana Buddist ənənəsində sərvət və zənginlik tanrısı həmçinin dörd səma qoruyucusundan biri kimi qəbul edilir. Kamakura dövründə Buddizm Yaponiyada böyük bir təsirə malik idi və bu cür heykəllər məbədlərdə və digər dini məkanlarda istifadə olunurdu.
“Qüllə başı Tyche” tetradraxması
Miladdan əvvəl 150-ci ilə aid olan "Kule başı Tyche" tetradraxma, qədim dövr numizmatikasının diqqətəlayiq nümunələrindən biridir. Bu gümüş sikkə qədim Yunan şəhər-dövlətlərinin iqtisadi və mədəni gücünü əks etdirir və o dövrün dini inanc sisteminin bir hissəsi olaraq şəhərlərin himayədar tanrısı Tyche-yi təsvir edir. Sikkədə onun başı təsvir olunub, başında qala divarlarına bənzəyən bir tac var. Bu tac Tyche-nin şəhərin qoruyucusu və taleyinin idarəçisi olduğunu simvollaşdırır. Tetradraxma sikkəsi adətən gümüşdən hazırlanır və təxminən 17-18 qram ağırlığında olurdu.
“Xanım Sukey və onun uşaq bağçası”
John Raphael Smith-in “Xanım Sukey və onun uşaq bağçası” adlı əsəri 18-ci əsrin sonlarında populyar olan bir İngilis qravürüdür. Smit 18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərində mezzotint sənəti ilə tanınan bir sənətkardır. Mezzotint qravür sənətində tonlama texnikasından istifadə edərək detalları və dərinliyi vurğulayan bir üsuldur və Smith bu texnikada ustalıq qazanmışdır. Smith-in qravürlərində xüsusilə də mezzotint əsərlərində işıq və kölgə oyunları ilə dərinlik yaratma ustalığı diqqəti cəlb edir. “Xanım Sukey və onun uşaq bağçası” əsərində də bu texnikadan istifadə olunaraq səhnənin yumuşaq və cazibədar bir atmosfer yaratdığı ehtimal olunur.
Polşa donanmasının esminesi ORP Wicherin qalıqları
Polşa donanmasının ORP Wicher adlı esminesi İkinci Dünya Müharibəsi zamanı mühüm rol oynamış və sonradan Almanlar tərəfindən batırılmış bir döyüş gəmisidir. Onun qalıqları Polşanın dənizçilik tarixinin vacib bir hissəsi kimi qəbul edilir. ORP Wicher 3 Sentyabr 1939-cu ildə İkinci Dünya Müharibəsinin başlanğıcında Almanların hava hücumu nəticəsində batırılmışdır. ORP Wicher-in qalıntıları Baltik Dənizinin sularında, Polşanın Gdynia limanı yaxınlarında yerləşir. Qalıntılar Polşanın müharibə dövrü dənizçilik tarixini və İkinci Dünya Müharibəsinin başlanğıcındakı drammatik hadisələri xatırladır. Həmçinin gəminin qalıntıları dəniz arxeoloqları üçün əhəmiyyətli bir kəşf sahəsidir.
Nigar Orucova, “İki sahil”