Təlimdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov iştirak edib.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov seçkilərə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər haqqında məlumat verib. Ayaz Cəbrayılov məşvərətçi səs hüquqlu üzvləri belə bir məsul və şərəfli iş tapşırılması münasibətilə təbrik edərək onları MSK- nın Azərbaycan Respublikasında keçirilən seçkilərdə seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimatı ilə tanış edib.
Ayaz Cəbrayılov məşvərətçilərə hüquq və vəzifələrini, məşvərətçilərə qadağan edilən hərəkətləri hərtərəfli izah edir. Məşvərətçi səs hüquqlu üzvlərin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası haqqında onlara məlumat verir, seçki məntəqəsinin açılışı, səsvermənin gedişi , məntəqənin bağlanması və səslərin sayılması zamanı onların yerinə yetirəcəkləri vəzifələri aydınlaşdırır.
Sonda seçki qərargahının sədri Ayaz Cəbrayılov məşvərətçi səs hüquqlu üzvləri maraqlandıran sualları cavablandırır və seçkilərə hazırlıq, seçki prosesinin gedişi, qanunvericiliyin tələblərindən irəli gələn məsuliyyət və vəzifələr müzakirə edilib.
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB/FOTO
Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib