15 avqust 2024 13:57
478

Xərçəngə qalib gələn qidalar - OXUYUN XƏBƏRİNİZ OLSUN!

Sağlam həyat tərzi və düzgün qidalanma orqanizmdə xərçəng hüceyrələri aşkar edildikdə belə onların yayılmasının qarşısını ala bilər.

“İki sahil” xəbər verir ki, bu haqda Rusiya  mediası məlumat yayıb.

“Glavnoe.life” saytı onkoloqa istinadla bildirir ki, belə bir vəziyyətdə həkimlərin müalicəsi və müşahidəsi son dərəcə zəruridir. Ancaq hansı qidanın bu dəhşətli xəstəliyi dayandıra biləcəyini bilmək də vacibdir.

Onkoloqlar menyunuza bədxassəli hüceyrələrə üstün gələ biləcək balıqları daxil etməyi məsləhət görürlər. Eləcə də sarımsaq bədəndən toksinləri və tullantıları, o cümlədən ən təhlükəli və patoloji olanları çıxarmağa qadirdir.

Və nəhayət, ucuz, lakin hər cəhətdən xeyirli olan kələm insan orqanizminə faydalı təsir göstərir, onu bütövlükdə daha sağlam edir və daxildən pis prosesləri dayandırır.