2024-cü ilin iyul ayının nəticələrinə görə, Rusiyada neft hasilatı iyun ayının göstəriciləri ilə müqayisədə gündəlik 10 min barel azalıb. Bu barədə “TASS” Beynəlxalq Enerji Agentliyinin (BEA) analitiklərinin statistik məlumatlarına istinadən xəbər verib.
Yayın ikinci ayında Rusiyada neft hasilatının orta gündəlik həcmi 9,23 milyon barel təşkil edib. Bununla yanaşı, OPEC+ sazişi çərçivəsində nəzərdə tutulan könüllü azalmalara əsasən bu rəqəm 8,98 milyon səviyyəsində olmalı idi. Belə ki, iyul ayında Rusiya planı sutkada 250 min barel yerinə yetirməyib.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, iyulda Rusiyada orta gündəlik neft hasilatının azalması 67 min barel təşkil edib. Şöbə bu cür dinamikanı başqa şeylərlə yanaşı, xammal tədarükü qrafiki ilə də əlaqələndirib. Yaxın aylarda vəziyyətin düzələcəyi gözlənilir.
Xatırladaq ki, bir qədər əvvəl “Vedomosti” qəzeti mənbələrə istinadən Rusiyada yeni neft quyularının istismara verilməsinin azaldığını açıqlamışdı. 2024-cü ilin birinci yarısının yekunlarına əsasən, ümumilikdə 3657 belə obyekt istifadəyə verilib. İllik ifadədə isə göstərici 12 % azalıb.
Nubar Süleymanova, “İki sahil”