14 avqust 2024 23:57
534

Atatürkün çox sevdiyi çiçək - Puansettiya

Türk millətinin atası Mustafa Kamal Atatürk öz Vətəni, xalqı üçün misilsiz işlər görmüşdür. Onun adı ürəklərdə yaşamaqla, həmişə tüklərin tərəfindən böyük ehtiramla çəkilir. Bu, dahi şəxsiyyət paunsettiyanı çox sevərmiş. Hər dəfə ona baxanda xüsusi zövq alarmış. Odur ki, türklər puansettiyanı Atatürk çiçəyi adlandırmış, indinin özündə də belə tanıyırlar.

Puansettiyaya təbii şəraitdə əsasən Cənubi Meksikada, Mərkəzi Amerikada daha çıx rast gəlinir. Kol şəkili olan gülün hündürlüyü bəzən üç metri keçir. Avropa ölkələrin də isə dekabr ayında, Milad bayramı qeyd edilən gündə çiçəklənir. Çiçəkləri o qədərdə diqqəti çəkmir. Amma çiçək yanı qımızı və ulduza bənzər yarpaqları ona xüsusi gözəlik qatır. Bütün bunlara görə Avropada ona Milad ulduzu adı verilib.

Bitki gözoxşayan, həssas olduğu qədər də qulluq istəyir. Çiçəklənmə dövründə xüsusi diqqət tələb edir. Sentyabrın axırından ay yarım müddətdə onu hər axşam qaranlıq yerə qoymaq lazımdı. Mərhələ başa çatanda bir-iki həftəyə qədə qönçələr əmələ gəlir, bitki möhtəşəm çiçəklənməyə qədəm qoyur. Həmçinin məlum olsun ki, seleksiyaçı alimlər puansettiyanın ağ, çəhrayı, şaftalı rəngində, eləcə ikirəngli yapaqları olan növlərini yetişdirib. Puansettiya ilə qulluq vaxtı ehtiyatsız davranmaq bəzən müxtəlif fəsadlar yaradır. Belə ki, kəsiləndə onun zoğlarındakı süd dəriyə düşəndə qıcıqlanmaya, mədə-bağırsaqda qusma və ishala səbəb olur. Gözlərə daha təhlükəlidir. Bunları nəzərə alıb onu budayanda, qabını dəyişdirəndə əlcəksiz olmaz. Həmçinin işi qutarandan sona əlləri sabunla yaxşı-yaxşı yuyulmaq vacibdir.

Paunsettiyanın bir-sıra xəstəliyin müalicəsində əhəmiyyəti böyükdür. Zoğalarından ayrılan südü ziyillərin qarşısını alır. Diş ağrisını kəsə bilir. Radikulit, revmatizm zamanı yarpaqlarının bişirilməsindən alınan təpitmə çox səmərə verir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü