Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, M.Pənahov missiyanın görüş üçün təşəbbüsünü yüksək qiymətləndirib.
D.Buşati səmimi qəbula görə minnətdarlığını ifadə edib və Milli Məclisə seçkilərdə proseslərin gedişi ilə maraqlanıb.
MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər, ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının daha səmərəli realizə olunması üçün Komissiyanın fəaliyyəti və reallaşdırılan çoxsaylı müxtəlif səpkili layihələrdən danışıb, bütün addımların qanunvericiliyin tələblərinə uyğun və tam şəffaflıq şəraitində atıldığını diqqətə çatdırıb.
Qonaqların suallarını cavablandıran sədr M.Pənahov, həmçinin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqların və nəzərdə tutulan genişmiqyaslı layihələrin müvəffəqiyyətlə davam etdiyini vurğulayıb.
Görüş zamanı Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi və müzakirələr aparılıb.
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib