Müasir dünyada zaman kimi bir anlayış çoxdan öyrənilmiş və hər kəs üçün aydındır. Məşhur şəxsiyyətlər haqqında düşünəndə isə onları müəyyən bir dövrlə əlaqələndiririk. Amma məlum olur ki, bizim zamanla bağlı təsəvvürlərimiz heç də həmişə reallıqla uyğun gəlmir. Bu yazıda siz bəzi məqamlara baxışınızı yenidən nəzərdən keçirməyə vadar edəcək keçmişlə bağlı faktları öyrənəcəksiniz.
Kraliça II Yelizaveta və Merilin Monro eyni ildə anadan olublar
Kraliça və aktrisa 1926-cı ildə dünyaya gəliblər və hətta 30 yaşında olarkən Londonda tanış olublar.
Çarlz Darvin və onun tısbağası Harriet
Harriet adlı nəhəng tısbağa təxminən 1830-cu ildə Qalapaqos adalarından birində doğulub. Darvin onu dünya üzrə ekspedisiyası zamanı götürüb. Tısbağa əvvəlcə İngiltərəyə, sonra isə Avstraliyaya aparılıb. 2006-cı ildə Harriet 177 yaşında ürək çatışmazlığından vəfat etdi. Onun çəkisi 150 kiloqram idi.
Aktrisa Olivia de Havilland uzunömürlü olub
Aktrisa Oliviya de Havilland “Küləklə sovrulanlar” filmindəki Melani Həmilton obrazı ilə məşhurlaşıb. O zaman onun 23 yaşı var idi. O, 2020-ci ildə 104 yaşında vəfat edib. Filmin isə bu il 85 yaşı tamam oldu.
Pluton Günəş ətrafında tam bir dövrü hələ də tamamlamayıb
Pluton planeti 1930-cu ildə kəşf edilmişdir. Bütün məlum dövr ərzində o, Günəş ətrafında bir dəfə də olsun tam dövr etməyib. Bu, 2178-ci ildə baş verəcək. Lakin 2006-cı ildə Pluton planet statusunu itirdi və cırtdan planet adlandırıldı. Pluton planet statusunu itirən ilk göy cismi olub.
Nintendo və Eyfel qülləsi eyni yaşdadır
Fransanın simvolu olan Eyfel 1889-cu ildə tikilib. Həmin ilin payızında Yaponiyada sonradan video oyunlar və oyun sistemləri hazırlayan Nintendo şirkəti yaradılıb. İlk vaxtlar sənətkar Fusajiro Yamauçi əl işi oyun kartları istehsal edirdi.
Lokomotiv velosipeddən əvvəl icad edilib
Buxar vaqonunu relslər üzərində “yuvarlamağı” bacaran ilk şəxs ingilis mühəndisi Riçard Trevitik olmuşdur. O, parovozların bir neçə modelini yaratdı. Onlardan ilki 1801-ci ildə "Pufing Devil" yaradıldı. 1804-cü ildə Trevitik öz ixtirası üçün patent aldı. Velosipedin isə ilk modeli 1817-ci ildə Karlsruedən olan alman Karl von Dres taxta əsaslı iki təkərli skuteri patentləşdirdikdə ortaya çıxdı.
Təkərli çamadan yaratmaq daha çətin olub?
Səyahət çamadanı istehsalçısı Samsonite 1974-cü ildə sürülə bilən çamadan üçün dizaynı patentləşdirdi. Apollon 11 kosmik gəmisi isə daha əvvəl, 1969-cu ildə Aya enib.
İlk “iPhone” sonuncu Harri Potter kitabı ilə eyni yaşdadır
J. K. Rouling tərəfindən yazılmış Harri Potter seriyasının son romanı-"Harri Potter və Ölüm Yadigarları" 2007-ci ildə işıq üzü görüb. Bu ilk iPhone modelinin yaradılması ilə eyni ildir.
Bəşəriyyətin Yer üzündə mövcud olduğu vaxt planetin yaşı ilə müqayisədə çox qısadır
Homo sapiens növünün nümayəndələri Yer kürəsində təxminən 200 min ildir mövcuddur və planetin yaşı 4,54 milyard ildir. Belə çıxır ki, bəşəriyyət Yer kürəsinin bütün mövcud tarixinin yalnız 0,004 faizi ərzində mövcud olmuşdur.
Nubar Sülüymanova, “İki sahil”