13 avqust 2024 18:18
509

Gülnarə Xəlilovanın əsərləri Türkiyədə qonaqları valeh edib

Dizayner Gülnarə Xəlilovanın əsərlərində qədim Azərbaycan mədəni irsi Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində “AFWEU Fashion Week Cappadocia”da (təşkilatçı - Aydın Açık) təqdim edilib.

“İki sahil” xəbər verir ki, qonaqlara 30-dan artıq beynəlxalq dizayner kolleksiyaları təqdim olunub.

Gülnarə Xəlilovanın orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək işlərini əks etdirən iki kolleksiyası "Miniatür" və "Cizgi" qonaqların xüsusi marağına səbəb olub və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibidir. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.