Hər gün qızıl boyunbağılar, bilərziklər və ya üzüklər taxırsınızsa, onları parlaq saxlamaq üçün onları vaxtaşırı təmizləməlisiniz.
Soğan suyundan istifadə etmək bunun üçün sadə bir yoldur.
Sadəcə soğanı yarıya bölün və qızıl zinət əşyalarınızı onunla yaxşıca ovuşdurun.
Şirəni iki saata yaxın qızılların üzərində saxlayın, sonra zərgərlik əşyanızı su ilə yuyun və yumşaq bir parça ilə qurulayın.
Bu, həqiqətən yaxşı işləyir. Ancaq ləkə qalmaması üçün soğan şirəsinin zərgərlik əşyalarınızın hər bir hissəsinə həqiqətən çatdığından əmin olmalısınız.
Nubar Süleymanova, “İki sahil”