Hazırda SOCAR-ın müxtəlif strukturlarında 780 nəfərədək əlil çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, əlilliyi olan insanların cəmiyyətdən təcrid olunmaması, onların bilik və bacarıqlarının işdə tətbiq edilməsi üçün SOCAR əlillərin şirkətdə çalışa bilməsi üçün imkan yaradıb. Hazırda SOCAR-ın müxtəlif strukturlarında 779 nəfər əlil çalışır, onlardan 153-ü Qarabağ müharibəsinin qaziləridir.
Qeyd edək ki, bu il iyunun 30-na olan məlumata görə SOCAR Azərbaycanda 50 min 272 işçi çalışır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir