11 avqust 2024 02:27
524

"Fənərbaxça"dan startda qələbə

Türkiyə Superliqasında 1-ci tur davam edir.

“İki sahil” xəbər verir ki, bu gün 3 matç keçirilib.

“Fənərbaxça”“Adana Demirspor”u məğlub edib. “Antalyaspor” evdə “Göztepe” ilə heç-heçə edib. “Konyaspor” isə “Kasımpaşa”ya qalib gəlib.

Qeyd edək ki, tur ötən gün "Qalatasaray" - "Hatayspor" görüşü (2:1) ilə start götürüb. 

Türkiyə Superliqası,

1-ci tur

10 avqust

"Kasımpaşa" 2–3 "Konyaspor"

Qollar: N.Da Kosta, 48, K.Vink, 75 – Pedrinyo, 7, D.Aleksiç, 81, U.Nayır, 89

"Antalyaspor" 0–0 "Göztepe"

"Fənərbaxça" 1–0 "Adana Demirspor"

Qol: E.Ceko, 33