Ümid edirəm ki, 7 medalımız olacaq.
“İki sahil” xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarındakı nəticələri haqda danışarkən deyib.
O, sabahkı qələbəyə inadığını deyib:
"Keyfiyyətinə görə, bu olimpiada bizim üçün daha uğurlu oldu. Düşünürəm ki, bu olimpiadada başqa uğurlar da qazanmışıq. Basketbolçu qızların 7-ci yeri tutması, Amerika və Çin idmançılarına qalib gəlməsi çox böyük nəticədir. Bildiyiniz kimi Amerikanın komandası üçüncü oldu. Lakin onları məğlub etmişdik. Eyni zamanda gimnast qızlarımız 5-ci oldular. Bu da böyük uğurdur. Həmçinin atletikada Anna Skidanın uğurunu qeyd etmək istərdim. Bu idman növündə finala çıxan idmançımız olmamışdı. Həmişə öyrəşdiyimiz güləşdə, taekvondoda, cüdoda deyil, artıq başqa idman növlərində də uğurlarımız var.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.