10 avqust 2024 23:10
563

Baş məşqçi: Parisə maksimum nəticə üçün gəlmişdik

“Məşqçilər heyətində Olimpiya, dünya və Avropa çempionları var. Biz buraya maksimum nəticə üçün gəlmişdik. Daha yaxşısını ümid edirdik. Bu gün cəmi 1 bürünc medalımızı var”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov yığmanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı nəticələrini şərh edərkən deyib.

O, bu gün 125 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Giorgi Meşvildişvilinin çıxışına da toxunub: “Giorgi çətin görüşlər keçirdi. O, hazırda dünyanın ən güclü üçüncü güləşçisidir. Sabah daha bir medal görüşümüz var. Ondan da bürünc medal gözləyirik”.

Qeyd edək ki, bu, sərbəst güləş üzrə Azərbaycan millisinin Paris Olimpiadasında qazandığı ilk medaldır.