10 avqust 2024 22:56
483

MPL: “Neftçi” “Səbail”lə də heç-heçə etdi

Misli Premyer Liqasının 2-ci turu çərçivəsində “Neftçi” “Səbail”in qonağı olub.

“İki sahil” xəbər verir ki, yarışın 24-cü dəqiqəsində Yuri Matias hesabı açıb.

Oyunda son nöqtəni “Səbail”in futbolçusu qoyub. Matçın 48-ci dəqiqəsində Dmitro Litvin fərqlənərək qarşılaşmanın 1-1 hesablı bərabərliklə başa çatmasını təmin edib.

Misli Premyer Liqası,

2-ci tur

10 avqust (şənbə)

21:00. “Səbail” 1–1 “Neftçi”

Qollar: Yuri Matias, 24 (0-1), Dmitro Litvin, 48 (1-1)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev

“ASCO Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”