Bəzi dairələrdə davaya meyilli namizədlərin olduğu müşahidə edilir.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bəzi namizədlər seçkiqabağı təşviqat zamanı öz rəqiblərinə qarşı xoşagəlməz ifadələr işlədirlər:
“Qaynar xətlərimizə də bununla bağlı müraciətlər daxil olur. Bu barədə dairə seçki komissiyaları ilə əlaqələr yaradılır. Bütün namizədlərə çağırış edirik ki, onlardan birinin hüququnun başladığı yerdə digərinin hüququ bitir.
Biz həmişə dairə seçki komissiyalarına da çağırış edirik ki, bütün namizədlərin hüququ qorunsun. Əgər həmin namizədlər sui-istifadə hallarına yol verərlərsə, o zaman qanunun sərt üzünü görəcəklər”.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB/FOTO