10 avqust 2024 17:50
480

İsrafilov Malayziya klubunda

Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun yeni klubu məlum olub.

“İki sahil” xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək. O, bu ölkənin “Yohor Darul Tazim” komandasına keçib.

Futbolçu ilə bağlanan müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Eddi İsrafilov 2022-ci ildən “Neftçi”də çıxış edirdi.